Reaktiv yanacaqlar

Reaktiv yanacaqlar — müasir aviasiya əsasən hava-reaktiv mühərriklərlə təchiz olunub (HRM). Belə mühərriklərdə yanacaq kameraya fasiləsiz verilir, bunun nəticəsində yanma prosesi daima gedir. Yalnız mühərrikin işə salınması üçün xaricidən alışma istifadə olunur. Yanma zamanı əmələ gələn qaz məhsulları turbinə daxil olur, orada da istilik enerjisinin bir hissəsi turbinin təkərlərinin fırlanmasının mexaniki işinə çevrilir, bunun da fırlanmasından rotorun kompressoru, yanacaq və yağ nasosları hərəkətə gəlir. Turbindən sonra yanma məhsulları qaz axını şəklində reaktiv kamerasına daxil olur və onun içində genişlənərək təyyarənin uçuşunu təmin edən reaktiv dartma gücü yaradır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy